Türkiyə lirəsi ilə müqayisədə dolların məzənnəsi bu gün rekord səviyyədə yüksəlib.
Dolların məzənnəsi 2022-ci ilin son günlərini 18.71 TL ilə başa vursa da, 2023-cü ildə bu göstərici 18.78 TL səviyyəsindən yuxarı qalxaraq rekord səviyyəyə çatıb.
Avro isə öz növbəsində 19,96 TL-yə yüksəlib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankında dolların bu günə olan məzənnəsi isə 18.7387 -18.7725 TL, avronun məzənnəsi isə 19.8886 -19.9245 TL təşkil edib.