Ev Cəmiyyət AAYDA gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT ETDİ

AAYDA gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT ETDİ

117

Ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

911.info.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən xəbər verir ki, qurum hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemi qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. 

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik. 

Əvvəlki məqaləMİT antiterror əməliyyatında “əsas məsul şəxs”i zərərsizləşdirdi
Növbəti məqalədə“Nəticə əldə olunana qədər Şuşa-Xankəndi yolunda keçirilən aksiyalar davam edəcək”-Hikmət Əlizadə