Avropa İttifaqında inflyasiya 2022-ci ilin dekabrında 9,2%-ə düşüb.
Bu barədə “Eurostat”ın ilkin qiymətləndirməsində deyilir.
Bildirilib ki, bu, sentyabrdan bəri ən aşağı göstəricidir. Aİ-də noyabrda inflyasiya 10,1% təşkil etmişdi.
Bundan başqa, Avrozonada enerji resurslarının qiymətləri də düşüb: noyabrda 34,9%-dən dekabrda 25,7%-dək.
Amma ərzaq, alkoqol və tütün məmulatlarının qiymətində artım müşahidə olunur. Dekabrda digər istehlak mallarının qiymətləri illik ifadədə 5,2% artıb.