Dövlət İmtahan Mərkəzi dərsliklərdə verilməyən lakin qəbul imtahanına düşən materialların adlarını açıqlayıb.
911.info.az Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, sözügedən materiallar III qrup abituriyentlər üçün nəzərdə tutulub.
Bildirilib ki, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərləri və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə tanış olmaq üçün qurumun saytında göstərilən müvafiq linklərdən istifadə etmək olar.
2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.