Ev Cəmiyyət “Şaxtalı hava şəraitində su sayğaclarının donvurmadan qorunmaq lazımdır”-Azərsu xəbərdarlıq etdi

“Şaxtalı hava şəraitində su sayğaclarının donvurmadan qorunmaq lazımdır”-Azərsu xəbərdarlıq etdi

41

Hidrometeroloji proqnozlara əsasən 08 yanvar 2023-cü il tarixindən başlayaraq qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutunun içərisində taxta yonqarı vasitəsilə mühafizə olunmalıdır.

Eyni zamanda fərdi həyət evlərində üstüaçıq boruların izolyasiya edilməsi vacibdir. 

Əvvəlki məqaləFHN əhaliyə müraciət etdi
Növbəti məqalədə“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi prosesi mərhələli şəkildə icra olunur