Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
911.info.az xəbər verir ki, qarşılaşmalar yanvarın 12-də və 13-də baş tutacaq.
Əvvəlcə ayın 12-də kişi voleybolçuların Yüksək Liqasında II turun görüşləri olacaq. Tura saat 16:00-da “Neftçi” – “Xarı bülbül” oyunu ilə start veriləcək. Ardınca 18:00-da MOİK və “Murov” arasında qarşılaşma keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada II tur keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bundan 2 saat sonra “Murov” – UNEC dueli start götürəcək.