Yanvarın 7-də Xəzər dənizində avarçəkənlərin təlim qayıqlarında yarışları keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında təşkil edəcək.
Federasiya Xəzərdə test yürüşlərini artıq uğurla başa vurub. “MİLAN EXPO”nun qarşısında olacaq tədbir zamanı Bakıda sakinlərlə ilk səyyar görüş də həyata keçiriləcək.
Qeyd edək ki, AKAF ölkənin bütün bölgələrində səyyar görüşlər təşkil etməyi nəzərdə tutub.