Ev Siyasət Zelenski İsveçin Baş naziri ilə Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edib

Zelenski İsveçin Baş naziri ilə Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edib

43

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə onlayn görüş keçirib.

911.info.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Liderlər cəbhə xəttindəki vəziyyəti və onun gərginləşmə risklərini, həmçinin Ukraynanın ordunu gücləndirmək üçün əsas ehtiyaclarını müzakirə ediblər.

“Sizin sədrliyiniz altında Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlaya biləcəyimizə ümid edirik. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”, – Ukrayna Prezidenti söyləyib.

Əvvəlki məqaləSon sutkada ölkədə COVID-19 əleyhinə 1242 peyvənd olunub
Növbəti məqalədəEkofəalların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya 27 gündür davam edir