Ev İqtisadiyyat ƏƏSMN: “2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat müəyyən olunub”

ƏƏSMN: “2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat müəyyən olunub”

37

2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub.

Bu barədə 911.info.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

Əvvəlki məqaləAzərbaycanlı karateçilər Seriya A turnirində iştirak edəcəklər
Növbəti məqalədəƏrəbistanlı qadın beynəlxalq dərəcəli hakim oldu