Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir.
Bu müddət ərzində Rusiya sülhməramlılarına məxsus çoxsaylı nəqliyyat vasitəslərinin maneəsiz hərəkətinə şərait yaradılıb.
Artıq bir aya yaxındır davam edən aksiya təhlükəsizlik qaydalarına uyğun insidentsiz baş tutub.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər