Ev Dünya Pakistan bu ölkənin vətəndaşlarını əfv etdi

Pakistan bu ölkənin vətəndaşlarını əfv etdi

87

Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.

Xarici media xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

“Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki Baş Konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla 524 əfqan həbsxanadan azad edilib”, – səfirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.

Əvvəlki məqaləBMT Ukraynanı müzakirə edəcək
Növbəti məqalədəTümən dollar qarşısında rekord səviyyədə ucuzlaşdı