Ev Dünya PKK-çılar Fransada Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb

PKK-çılar Fransada Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb

33

Naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.

Şəhərin 8-ci məhəlləsində dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub: biri hadisə yerində, ikincisi isə Kastellan meydanında.

Daha iki nəfər polisdən qaça bilib, hazırda onları axtarışdadır.Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub. Onlar nəzarətə götürülüb, cinayət işi açılıb.

Əvvəlki məqaləTarix İnstitutuna yeni təyinat
Növbəti məqalədəƏrdoğan Yunanıstanla bağlı bəyanat verdi