Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən rusiyalı milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.
Erməni əsilli Rusiya vətəndaşı bu baradə xarici mətbuata müsahibəsində danışıb.
“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, – deyə o, bildirib.
Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.