Ev Cəmiyyət Yanğın zamanı tövlədə 8 ton ot bağlaması kül oldu

Yanğın zamanı tövlədə 8 ton ot bağlaması kül oldu

39

Qəbələ rayonunda tövlə, xeyli miqdarda ot bağlaması ilə birlikdə yanıb.

911.info.az FHN-ə istinadən məlumat verir ki, Qəbələ rayonunun Əmirvan kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Yanğın zamanı tövlənin damına yığılan 8 ton ot bağlaması və 2 ton taxıl, bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləVardanyan etiraf etdi
Növbəti məqalədəTarix İnstitutuna yeni təyinat