Ev İdman 40 yaşlı kamerunlu futbolçu vəfat etdi

40 yaşlı kamerunlu futbolçu vəfat etdi

41

Kamerun millisinin sabiq yarımmüdafiəçisi Modest M’Bami 40 yaşında vəfat edib.

Bu barədə Fransanın PSJ klubunun mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbi infarkt olub. “PSJ keçmiş oyunçumuz Modest M’Baminin bu gün vəfat etməsi xəbərindən dərin kədərlənib. Klub onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – bəyanatda deyilib.

Qeyd edək ki, M’Bami 2003-2006-cı illərdə PSJ-də çıxış edib, komanda ilə iki dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Le Havre” və “Marsel”, İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatay”, Səudiyyə Ərəbistanından “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da çıxış edib.

Əvvəlki məqaləBakıda yanğın nəticəsində iki avtomobilə ziyan dəydi
Növbəti məqalədəQarabağda bu günə olan hava şəraiti açıqlanıb