Ev Dünya Almaniyada terror aktına hazırlaşan iranlı saxlanıldı

Almaniyada terror aktına hazırlaşan iranlı saxlanıldı

47

Almaniyanın Rur bölgəsində 32 yaşlı iranlı saxlanılıb. O, zəhərli sianid və risin maddələrindən istifadə etməklə terror aktına hazırlaşmaqda şübhəli bilinir.

911.info.az xarici mediaya istinadən məlumat verir ki, iranlının hücum planları və konkret hədəfinin olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, çox zəhərli olan risin hərbi-bioloji silah kimi tanınır. Sianid də çox zəhərli maddə olmaqla, onun cüzi bir miqdarı belə insanlara ölümcül təsir göstərir.

Əvvəlki məqalə“İsrail İranda nümayişçilərin edamını pisləyir”-Benyamin Netanyahu
Növbəti məqalədəİran qazının Türkiyəyə nəqli 70% azalıb