Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çində keçirilən beynəlxalq turnirin qalibi olub.
911.info.az bu barədə Azərbaycan Şahmat Federasiyana istinadən məlumat verir.
Məlumata görə, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.
Qeyd edək ki, “The Belt and Road 2023 to World Chess Woman’s Summit beynəlxalq turnirində yeddi ölkədən on iki şahmatçı iştirak edib.










