Bu gün Ermənistan polisi Rusiyanın Gümrüdəki hərbi bazasına girişləri bağlamağı planlaşdıran anti-Rusiya aksiyasının onlarla iştirakçısını saxlayıb.
911.info.az Tass-a istinadən məlumat verir ki, etirazçılar Xankəndi – Laçın yolunun açılmasını tələb ediblər.
200-ə yaxın insanın iştirak etdiyi icazəsiz mitinqi Rusiyaya qarşı mövqeyi ilə tanınan müxalif “Milli Demokratik Qütb” təşkil edib.