Ev Dünya “İsrail İranda nümayişçilərin edamını pisləyir”-Benyamin Netanyahu

“İsrail İranda nümayişçilərin edamını pisləyir”-Benyamin Netanyahu

48

“İsrail İranda nümayişçilərin edamını pisləyir, öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir”.

Bu barədə  İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

“İran rejimi həftəsonu nümayiş keçirən iki gənci edam edib. İsrail bu iyrənc qətlləri qətiyyətlə pisləyir. Biz öz azadlıqları uğrunda qəhrəmancasına mübarizə aparan İran vətəndaşlarını salamlayırıq. Onlar elementar insan hüquqları uğrunda canlarını fəda edirlər, bütün dünyaya Tehrandakı repressiv, öz vətəndaşlarını təhdid edən rejimin əsl simasını göstərirlər”, – Netanyahu bildirib.

Əvvəlki məqaləHava şəraiti ilə bağlı sürət həddi aşağı salındı
Növbəti məqalədəAlmaniyada terror aktına hazırlaşan iranlı saxlanıldı