Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün – yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir.
Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.