Ev Cəmiyyət Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı

33

Yanvarın 8-i saat günorta saatlarına olan məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Şimal-qərb küləyinin sürəti arabir Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metr olub.

Əvvəlki məqaləErmənistanda Rusiyaya qarşı etiraz aksiyası keçirilib
Növbəti məqalədəAvtobus qəzasında 40 nəfər həyatını itirdi