Ev Cəmiyyət Kanalda batan şəxsin axtarışları davam edir

Kanalda batan şəxsin axtarışları davam edir

127

Yuxarı Şirvan kanalında batması ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əvvəlki məqaləRoberto Martines Portuqaliya millisinin baş məşqçisi oldu
Növbəti məqalədəLerikdə 45 kənd işıqsız qaldı