Ev Cəmiyyət Lerikdə 45 kənd işıqsız qaldı

Lerikdə 45 kənd işıqsız qaldı

31

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb. 

Bu barədə Yenisabah.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.  

“Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub.

Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”, – deyə o bildirib.  

V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır. 

Əvvəlki məqaləKanalda batan şəxsin axtarışları davam edir
Növbəti məqalədəANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik icmalını yayıb