Ev Siyasət Sahibə Qafarova Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxış edib

Sahibə Qafarova Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxış edib

131

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdədir.

911.info.az xəbər verir ki, Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Asiya Parlament Assambleyasının “Dəyişən qlobal dinamiklərdə çoxtərəfliliyin təşviqi” mövzusunda keçirilən 13-cü plenar sessiyasında çıxış edib.

Sessiya iştirakçılarını salamlayan Milli Məclisin spikeri Türkiyə Böyük Millət Məclisinin Asiya Parlament Assambleyasına son 5 ildəki rəhbərliyini qardaş Türkiyənin çoxtərəfliliyə, həmrəyliyə və parlamentlərarası əməkdaşlığa sadiqliyinin açıq ifadəsi kimi yüksək qiymətləndirib.

Milli Məclisin sədri qeyd edib ki, parlament əməkdaşlıq platformaları xalqın nümayəndələri olan millət vəkillərinin bəşəriyyəti narahat edən problemlərin həlli yollarını tapmaq məsuliyyətinin və daha yaxşı dünya naminə birlikdə işləmək əzminin təzahürüdür.

Bu mənada, Asiya Parlament Assambleyasının oynadığı rola toxunan Sahibə Qafarova bu təsisatın Asiya parlamentləri arasında yaratdığı dialoq zəmini, yaxın əməkdaşlıq imkanları barədə danışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi bildirib ki, Parlament Şəbəkəsi də eyni baxışı və prinsipləri bölüşür, ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu bir daha qeyd edən Sahibə Qafarova beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan çəkinməsinin əhəmiyyətini vurğulayıb. Bu, müasir beynəlxalq münasibətlər sisteminin tələbidir, lakin eyni zamanda ədalət və səmimiyyətin bərqərar olması üçün də zəruridir.

Çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasından söz açan spiker bildirib ki, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib. Həm mülki, həm də hərbçi olan 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də Birinci Qarabağ müharibəsi ilə əlaqədar itkin düşüb. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.

Əvvəlki məqaləİranın Parisdəki diplomatik nümayəndəsi Fransa XİN-ə çağırılıb
Növbəti məqalədəDünya Bankından “Böyük qayıdış” dəstək