Ev İdman “Qarabağ” yoxlama oyununda uduzdu

“Qarabağ” yoxlama oyununda uduzdu

38

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.

Məlumata görə, “Qarabağ”  Polşanın “Rakuv” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 10-cu dəqiqədə İvi Lopes, 47 və 86-cı dəqiqələrdə isə Vladislav Qutkovski vurublar.

“Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.

Əvvəlki məqaləAvropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Azərbaycana gələcək
Növbəti məqalədəMN hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirib