Ev Cəmiyyət Sabaha olan hava proqnozu açıqlandı: “Meteohəssas insanlar ehtiyatlı olsunlar”

Sabaha olan hava proqnozu açıqlandı: “Meteohəssas insanlar ehtiyatlı olsunlar”

31

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və səhər şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Xidmətindən meteohəssas insanların daha ehtiyatlı olması tövsiyyə olunub.  

Məlumata görə, sabah Abşeron yarımadasında yanvar ayı üçün səciyyəvi olan nisbətən soyuq diskomfortlu tutqun və rütubətli hava şəraiti gözlənilir.

Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Əvvəlki məqaləDİN: “Son sutkada 69 cinayət işinin açılması təmin edilib”
Növbəti məqalədəAvropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Azərbaycana gələcək