Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 simptomu olan insanların on gün müddətinə təcrid edilməsi təklif olunur.
Rusiya mediası xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 proqramı üzrə aparıcı mütəxəssisi Canet Diaz məlumat verib.
Onun sözlərinə görə, təşkilat bu virusun əlaməti olan şəxslərin on gün, simptom müşahidə edilməyənlərin isə 5 gün təcrid olunmasını məsləhət görür.