Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu gün daha bir yük maşının keçidinə şərait yaradılıb.
Sözügedən yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.