Ev Dünya Kiyevə endirilən raketlərin atılma nöqtəsi bəlli oldu

Kiyevə endirilən raketlərin atılma nöqtəsi bəlli oldu

123

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

”Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var”.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko tviterdə yazıb.

O bildirib ki, bu hələ ki, ehtimaldır: “Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq”.

A.Geraşinko söyləyib ki, Rusiya bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektləri vurub: “18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar”.

İlkin məlumata görə, itki yoxdur.

Əvvəlki məqaləQanunsuz tikilən daha bir obyekt FHN tərəfindən sökülüb
Növbəti məqalədəKTN: “Azərbaycanda şəkər çuğundurunun şəkərlilik faizi artıb”