Azərbaycanda şəkər çuğundurunun şəkərlilik faizi ötən il 14,8 % idisə, bu il 15,7 % olub.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib.
Bildirilib ki, ötən təsərrüfat ilində 18 rayonda – 5 min 258 hektar ərazidə şəkər çuğunduru əkilib, təqribən 210 min ton məhsul istehsal edilərək emal müəssisələrinə təhvil verilib.
“Şəkər çuğunduru texniki bitkidir, ölkəmiz üçün vacibdir, çünki şəkər istehsalında əsas xammal şəkər çuğundur. Eyni zamanda, bu sahə əmək tutumludur, fermerlər üçün gəlirlidir”, – deyə qurumun rəsmisi əlavə edib.