Ev Cəmiyyət Qanunsuz tikilən daha bir obyekt FHN tərəfindən sökülüb

Qanunsuz tikilən daha bir obyekt FHN tərəfindən sökülüb

39

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

911.info.az bu barədə FHN-ə istinadən məlumat verir.

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Əvvəlki məqaləMüdafiə naziri “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə çıxış edib
Növbəti məqalədəKiyevə endirilən raketlərin atılma nöqtəsi bəlli oldu