Ev Cəmiyyət 67 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

67 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

39

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib.

911.info.az DİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. 

Araşdırmalar nəticəsində cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləİlham Əliyev BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
Növbəti məqalədəYasamalda 14 narkotacir saxlanılıb