Ötən gün Ukrayna ərazisi kütləvi atəşə tutulub. Bu zaman Dneprdə yaşayış binasına raket zərbəsi endirilməsi nəticəsində 27 nəfər həlak olub, onlarla sakin yaralanıb.
Dnepr meri Boris Filatovun məlumatına görə, həlak olanların xatirəsinə üç günlük matəm elan edilib.
Faciənin baş verdiyi ərazidə xilasedicilər, hərbçilər, şəhər xidmətləri, polis və bir çox texniki işçilər işləyirlər.
Dağıntıların təmizlənməsi davam edir.