Ev Manşet “Haber Global” növbəti erməni təxribatı barədə süjet hazırladı

“Haber Global” növbəti erməni təxribatı barədə süjet hazırladı

36

“Xankəndi yolunda ekoloji terrora son qoyulması tələbi ilə azərbaycanlıların təşəbbüsü ilə keçirilən etiraz aksiyası davam edir”.

Bu barədə “Haber Global” süjet hazırlayıb.

Süjetdə MHP-nin türk dünyasından məsul sədr müavini Kamil Aydın könüllülərin haqlı etirazı ilə bağlı fikrini bildirib.

Onun sözlərinə görə, Ermənistan yeni təxribat törətmək fikrindədir. Kamil Aydın qeyd edib ki, təbiətə, elmə, texnologiyaya və insanlığa zidd şəkildə mədənlərin qazılması və istismarı sülh prosesini baltalamaq məqsədi daşıyır.

“İşğal edilmiş torpaqlar azad edilib. Amma çox təəssüf ki, bu cür bəhanələrlə – mədənlərin qazılması, istismar edilməsi adı altında təxribat törədilir”, – deyə o bildirib.

Sədr müavini Ermənistanın Qarabağda mədənləri istismar etməsini təxribat kimi dəyərləndirib və burada erməni diasporunun rolunu diqqətə çatdırıb.

“Bunu, əsasən, kim həyata keçirir? Diaspor həyata keçirir”, – deyə o vurğulayıb.

Aydın bildirib ki, Ermənistan böhran axtarır.

“Ümid edirəm ki, ən qısa zamanda sağlam düşüncə qalib gələcək və mədənçilik bəhanəsi ilə böhran axtarışlarına son qoyulacaq”, – deyə o əlavə edib.

Əvvəlki məqaləƏn bahalı qış transferlərinin siyahısı açıqlandı
Növbəti məqalədəPrezident: “Masdar” ilə əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”