Ev Cəmiyyət Zərdabda qaz xətti yaxınlığında qəsdən yanğın törədən şəxs saxlanılıb

Zərdabda qaz xətti yaxınlığında qəsdən yanğın törədən şəxs saxlanılıb

44

Sosial şəbəkələrdə yayımlanan bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülərlə bağlı açıqlama verilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

Əvvəlki məqaləMemfis Depay “Barselona”nı tərk etdi
Növbəti məqalədəRusiya səfərbərliyə hazırlaşır