Ev Hərbi İrandan Azərbaycana 13 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 13 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

43

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

911.info.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əvvəlki məqaləDövlət orqanlarında çalışan nəzarətçi, xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb
Növbəti məqalədəİranda dövlət orqanının binasına od vuruldu