Ev İdman 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib 

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib 

32

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında BrendSport təşkilatçılıq ilə stolüstü tennis yarışı keçirib.

24 idmançının qatıldığı yarışın açılışında 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra yarışın aparıcısı və təşkilatçılarından olan Nuranə Andronova yarışı açıq elan edərək sözü layihənin rəhbəri Bəhruz Səmədova verib.

BrendSport rəhbəri Bəhruz Səmədov çıxışı zamanı 33 il öncə xalqımıza qarşı aparılan mənfur siyasətin nəticəsi olaraq baş verən 20 yanvar hadisələrindən söz açıb, eyni zamanda müstəqil Azərbaycanın apardığı haqlı mübarizəsindən və Qarabağ zəfərindən danışıb.

Sonra sözü 44 günlük Vətən müharibəsi iştirakçısı, tədbirdə qonaq kimi iştirak edən Ceyhun Kəlbiyevə verib. O da öz növbəsində şəhidlərimizə rəhmət diləyərək, bütün idmançılara uğurlar arzulayıb.

Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib. Oyunlar olimpiya sistemi üzrə (uduzan oyunu tərk edir) sistemi ilə keçrilib.

Gərginliyi ilə yadda qalan turnirin sonunda qaliblər müəyyənləşib.

Əvvəlki məqaləQusarda istirahət mərkəzində kotec yandı
Növbəti məqalədəPelenin adı bu ölkədə əbədiləşəcək