Ötən gecə Qusarın Cağar kəndində yerləşən “Park Qusar” hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında həyatını itirən şəxslərlə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, yanaraq vəfat edən 1969-cu il təvəllüdlü Emin Babayev uzun illər müxtəlif şirkətlərdə, eləcə də “Azərlotereya”da işləyibmiş.
Hadisə vaxtı onun həyat yoldaşı Zülfiyyə Babayeva və ailənin yeganə övladı, 2005-ci il təvəllüdlü Rauf da dünyasını dəyişib.