Ev Cəmiyyət Ucarda təcili yardım maşını qəzaya düşdü

Ucarda təcili yardım maşını qəzaya düşdü

42

Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.

Məlumata görə, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili “VAZ-21011” markalı minik maşını Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb. Nəticədə 5 nəfər – təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, “VAZ” markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri – 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləUEFA Super Kuboku Rusiyadan alındı
Növbəti məqalədəUkrayna ordusu Rusiyanın “Su-25” qırıcısını və “Orlan-10” PUA-sını vurdu