Ev Dünya UEFA Super Kuboku Rusiyadan alındı

UEFA Super Kuboku Rusiyadan alındı

45

UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb.

Qurumun rəsmi saytının məluçmatına görə, builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada keçiriləcək.

Görüş avqustun 16-da təşkil olunacaq. Avropa futbol qurumu Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada öz bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyub. Həmçinin ölkənin yığmaları və klubları avrokuboklardan kənarlaşdırılıblar.

Əvvəlki məqaləXəzər dənizi ilə bağlı iclas keçirildi
Növbəti məqalədəUcarda təcili yardım maşını qəzaya düşdü