Ev Manşet İlham Əliyev Macarıstanda rəsmi səfərdədir

İlham Əliyev Macarıstanda rəsmi səfərdədir

43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlki məqalə“Adidas” rusiyalı futbolçularla müqavilələrə xitam verdi
Növbəti məqalədəSabaha olan hava şəraiti açıqlanıb