Ev Hərbi Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

51

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər veriri ki, danışıq zamanı Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Əvvəlki məqaləİctimai nəqliyyatda gediş haqları dəyişdirildi
Növbəti məqalədəDSX İrandan Azərbaycana 20 kq-dan çox narkotik maddənin keçirilməsinin qarşısını alıb