Ev Siyasət DSX-nin rəhbəri İsrailin müdafiə naziri ilə telefonla danışdı

DSX-nin rəhbəri İsrailin müdafiə naziri ilə telefonla danışdı

42

Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutmuşdur.

911.info.az DSX-nin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə cənab Qallantı təbrik etmişdir.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışlar.

Əvvəlki məqalə“Dostluq Meşəsi”ndə 63 mindən çox ağac tingi əkilib
Növbəti məqalədə“2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir”- Mərkəzi Bank