“Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq”.
Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında pensiya artımından danışan deputat Vüqar Bayramov deyib.. Onun sözlərinə görə, pensiyalar fevral ayından artan məbləğlə veriləcək:
“Yanvar ayı bitdi, pensiyalar niyə indeksləşdirilib artırılmadı? Pensiyalar nə zaman artırılacaq? Son 2 gündə sosial şəbəkə vasitəsi ilə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir.
Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əməkhaqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır.