Ötən sutka ərzində 17 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində 1 nəfər yanıq xəsarətləri alıb. Həmçinin, Qaradağ rayonunda dəmiryolu xəttində qatarın altında qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.