Ev Hərbi PUA kursunu bitirən hərbçilər sertifikat alıblar

PUA kursunu bitirən hərbçilər sertifikat alıblar

49

N hərbi hissəsində “Pilotsuz uçuş aparatlarının (PUA) operator-pilot və texnik kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər.

Əvvəlki məqaləSəhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib
Növbəti məqalədəDünya bazarında Azərbaycan neftinin qiyməti düşdü