Ev Dünya Yens Stoltenberq Türkiyədəki zəlzələ ilə bağlı danışdı

Yens Stoltenberq Türkiyədəki zəlzələ ilə bağlı danışdı

35

“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

O, Türkiyə ilə həmrəy olduqlarını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

Əvvəlki məqaləAzərbaycanın qeyri-neft ixracı 23 %-dək artıb
Növbəti məqalədəAzərbaycan taekvondoçusu Türkiyədə Prezident Kubokunun qalibi olub