“Bu günədək Azərbaycanın işğaldan azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMTİP) və ANAMA-nın birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 282 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub, onlardan 46-sı həlak olub.