Ev İdman PSJ bu klubun kapitanını aldı

PSJ bu klubun kapitanını aldı

50

“İnter”in baş icraçı direktoru Beppe Marotta müdafiəçi Milan Skrinjarın artıq komandanın kapitanı olmadığını açıqlayıb.

Xarici KİV-in məlumatına görə, bir gün əvvəl Milan Skrinyar karyerasını PSJ-də davam etdirəcəyini təsdiqləyib.

“Bu kədərli xəbərdir, çünki onun keçidi daha yaxşı təşkil oluna bilərdi. Skrinjar futbolçu kimi istədiyi qərarları verir. Danışıqlar oyunçunun hüququdur və bunu bilirik. O, artıq kapitanımız olmayacaq”, – Marotta bildirib.

Bu mövsüm Skrinjar 19 matçda iştirak edib və qol vura bilməyib. O, 2017/2018 mövsümündən Milan klubunda çıxış edir. Transfermarkt-ın məlumatına görə, slovak müdafiəçinin bazar dəyəri 60 milyon avrodur.

Əvvəlki məqaləFransa-Azərbaycan oyunun vaxtı bəlli oldu
Növbəti məqalədəANAMA sədri: “Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”