Ev Cəmiyyət Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq

42

Fevralın 08-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə,Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və səhər 4°-dək isti, axşam 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Əvvəlki məqaləSərhəddən 7kq-dan çox narkotik maddə keçirmək istəyən şəxs saxlanıldı
Növbəti məqalədəNaxçıvanda Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub